Kiyev səmasında altı hava şarı vuruldu - FOTO

16-02-2023, 11:23           
Kiyev səmasında altı hava şarı vuruldu - FOTO
Ukrayna hava hücumundan müdafiə sistemləri Kiyev şəhəri səmasında altı hava şarını vurublar. Bu barədə şəhər hərbi administrasiyasının “Telegram” kanalında dərc olunan məlumatda deyilir.

Ukrayna paytaxtının səmasında ilk naməlum obyektin tapılması fevralın 14-də məlum olub.

“Dəqiqləşdirilən ilkin məlumata görə, bunlar küləyin təsiri altında kosmosda hərəkət edən şarlar olub”, - administrasiyadan bildiriblər.

Səlahiyyətlilər balonların reflektorlar və kəşfiyyat avadanlığı daşıya biləcəyini iddia ediblər.

Şarların əksəriyyətinin vurulduğu bildirilir. Zondların qalıqlarının diqqətlə öyrənilməsi planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru