ABŞ-də adam öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilən Lamar Conson adlı bir şəxsin 28 ildən sonra günahsız olduğu sübuta yetirilib.
Teref.az-ın yazdığına görə, “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Associated Press” yayıb.
Məlumata görə, Missuri ştatının hakimi 50 yaşlı Conson barədə hökmü ləğv edib.
Məhkəmə zalından azadlığa buraxılan keçmiş məhkum jurnalistlərə açıqlamasında “Bu, inanılmazdır” deyərək hisslərini ifadə edib.
Qeyd edək ki, L.Conson 1994-cü ilin oktyabrında Markus Boyd adlı bir şəxsin öz evinin qarşısında güllələnərək qətlə yetirilməsində ittiham olunub. O, bütün illər ərzində günahsız olduğunu bildirib. Onun sözlərinə görə, hadisə baş verərkən Boydun evindən uzaq məsafədə olub.