İranda Novruz çərşənbələrində 19 nəfər ölüb, 1172 nəfər yaralanıb 15-03-2023, 08:16 İranda ilaxır çərşənbədə yaralananların sayı 1172 , ölənlərin sayı 19 nəfərə çatıb.APA xəbər verir ki, yaralıların əksəriyyəti Tehran, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərindədir.Bundan əlavə yanan materialların partlaması nəticəsində Həmədanda bir mənzildə partlayış baş verib.Nəticədə 9 yaşlı uşaq ağır yanıq xəsarətləri alıb.Qumda içərisində yanan maddə olan çantanın partlaması nəticəsində isə 3 nəfər yaralanıb.Yaşayış binasında baş verən hadisədə 3 qardaş ağır yaralanıb, onlardan biri 90 faiz yanıq xəsarəti ilə xəstaxanaya yerləşdirilib. Facebook-da paylaş