Krımda kişi təsadüfən qonşuya “Qrad” atdı

18-03-2023, 12:18           
Krımda kişi təsadüfən qonşuya “Qrad” atdı
Krım sakini təsadüfən qonşusunun anbarına “Qrad” atıb.

46 yaşlı kişi meşədə gəzərkən tərk edilmiş zavodun yanında üç mərmi tapdığını deyib. O, sursatları sökmək, onlardan detalları çıxarmaq və əlvan metal kimi satmaq qərarına gəlib.

Lakin o, nəyisə səhv edib və mərmilərdən biri təxminən 70 metr uçub və bir neçə darvaza və damdan keçərək qonşunun anbarına çırpılıb. Xoşbəxtlikdən sursat partlamayıb və heç kim ölməyib.
Hadisə yerinə istehkamçılar gəlib, yaxınlıqdakı evlərin sakinləri təxliyə ediliblər.

Mənbə: “SHOT” “Telegram”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru