Mərkəzi Afrika Respublikasında mədənə basqın- Çinli işçilər öldürüldü

20-03-2023, 12:11           
Mərkəzi Afrika Respublikasında mədənə basqın- Çinli işçilər öldürüldü
Mərkəzi Afrika Respublikasında qızıl mədəninə silahlı basqın edilib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Çinin idarə etdiyi mədəndə olan 9 Çin vətəndaşının basqın zamanı həyatını itirdiyi, 2 nəfərin isə yaralandığı bildirilib.

Mədənin yerləşdiyi Çimbolo yaxınlığındakı Bambari şəhərinin meri Abel Matipata hücumun yerli vaxtla saat 05:00 radələrində həyata keçirildiyini və mədənin bir neçə gün əvvəl işə düşdüyünü bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru