Cinayətdə şübhəli bilinən Azərbaycan vətəndaşı axtarılır

21-03-2023, 10:54           
Cinayətdə şübhəli bilinən Azərbaycan vətəndaşı axtarılır
Moskva vilayətində 28 il əvvəl baş verən zorlama və qətl hadisəsinin üstü açılıb.

Teref.az lent.az-a istinadla bildirir ki, Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, təqsirləndirilən şəxslərdən biri həbs edilib. Onun 1978-ci il təvəllüdlü Ramenski şəhər sakini olduğu bildirilir.

Məlum olub ki, 1995-ci ilin yayında dörd kişi bağ evində istirahət edirmiş. Onlar qadını onlara qoşulmağa çağırıblar, daha sonra təqsirləndirilən şəxs və yoldaşı əvvəlcə dəvət olunan qadını zorlayıblar, sonra isə onu boğaraq meyitini meşədəki gölə atıblar.

İkinci müttəhim isə cinayəti törətdikdən sonra Rusiyanı tərk edərək Azərbaycana gedib. Onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə yerli müstəntiqlər məşğul olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru