Hindistanın San-Fransiskodakı konsulluğu dağıdıldı

21-03-2023, 12:58           
Hindistanın San-Fransiskodakı konsulluğu dağıdıldı
Hindistanın ABŞ-nin San-Fransisko şəhərindəki konsulluğuna hücum olub.

Aksiya qərbdəki Pəncab əyalətinin Hindistandan ayrılmasını və onun əsasında müstəqil Siqh əyaləti Xalistanın yaradılmasını müdafiə edən separatçılar tərəfindən həyata keçirilib.

Məlumata görə, fəallar diplomatik qurumun ərazisinə soxulub, onun ərazisinə “Xalistan”ın bayraqlarını sancıb və konsulluq binasını dağıdıblar.

ABŞ-dəki hind diasporunun nümayəndələri insidentlə bağlı hiddətləndiklərini bildiriblər. San-Fransisko polisi hələlik vəziyyəti şərh etməyib.
Hindistan XİN artıq ABŞ-yə öz kəskin etirazını bildirib və diplomatik nümayəndəliyin yerli hüquq-mühafizə orqanları tərəfindən qorunmalı olduğunu xatırladıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru