Ermənistanda yüksək vəzifəli məmurlar saxlanıldı

21-03-2023, 12:56           
Ermənistanda yüksək vəzifəli məmurlar saxlanıldı
Ermənistanın paytaxtı İrəvan şəhər meriyasının keçmiş aparat rəhbəri Seyran Mejlumyan və şəhər administrasiyasının şəhərsalma şöbəsi sədrinin səlahiyyətlərini icra edən Davit Dallakyan saxlanılıb.

Yenisabah.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsindən məlumat verilib.

Onların hansı səbəbdən saxlanılmasının təfərrüatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl İrəvanın vitse-meri Gevorq Semonyan həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru