Ukrayna Krımda Rusiyanın “Kalibr” raketlərini məhv etdi

21-03-2023, 14:54           
Ukrayna Krımda Rusiyanın “Kalibr” raketlərini məhv etdi
Ukraynanın müvəqqəti işğal olunmuş Cankoy şəhərində Rusiyanın “Kalibr” raketləri daşınarkən məhv edilib.

Pressklub.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) teleqramda məruzə edib.

“Müvəqqəti işğal altındakı Krımın şimalındakı Canköy şəhərində “Kalibr NK” qanadlı raketləri dəmir yolu üzərindən daşınması zamanı məhv edib”, – kəşfiyyatın məlumatında bildirilib.

BKİ xatırladıb ki, “Kalibr” qanadlı raketləri Rusiya donanmasının sualtı qayıqları vasitəsilə buraxılış üçün nəzərdə tutulub.

“Müəmmalı “partlayış” Rusiyanın demilitarizasiyası prosesini davam etdirir və Ukraynanın Krım yarımadasını işğaldan azad olunmasına hazırlayır”, – BKİ əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru