Mahaçqalada Azərbaycan vətəndaşı 1.2 milyon dollar nağd pulla saxlandı...
20-04-2023, 00:09
Rusiya mediasının məlumatına görə, Mahaçqala aeroportunda bu qədər nağd vəsaitlə saxlanan Azərbaycan vətəndaşı vəsaiti yazılı şəkildə bəyan etməli olduğunu bilmədiyini deyib.
Pulun 380 min rublu götürülüb, qalan 800 mini sahibinə qaytarılıb. İnzibati hüquqpozmaya dair protokol tərtib edilib.