İndoneziyada vulkan iki kilometr yüksəkliyə püskürdü 20-04-2023, 12:37 İndoneziyada Semeru vulkanı 16 dəfə püskürüb.Nəticədə onun külü iki kilometr hündürlüyə çatıb.“Püskürmələr arasında təxminən bir saat fərq olub. Onların hər biri orta hesabla 100 saniyə davam edib”, - məlumatda deyilir.Bildirilir ki, vulkana üçüncü təhlükə səviyyəsi verilib. Yerli hakimiyyət sakinlərdən kraterə yaxınlaşmamağı xahiş edib.Mənbə: gazeta.ru Facebook-da paylaş