15 yaşlı oğlan ona araq almayan kişini öldürdü

20-04-2023, 12:51           
15 yaşlı oğlan ona araq almayan kişini öldürdü
Tuvada 15 yaşlı oğlan qətl törədib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Çadan şəhərində baş verib. Məlumata görə, 15 yaşlı yeniyetmə tanımadığı şəxsdən ona spirtli içki (araq) almasını istəyib. Bundan imtina etdikdən sonra o, kişiyə bir neçə bıçaq zərbəsi vurub. Nəticədə o, aldığı yaralardan hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları yeniyetmənin şəxsiyyətini müəyyən edərək, ona qarşı ittiham irəli sürüb və ev dustaqlığına buraxılıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru