Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlkumat yayıb. Bildirilib ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.
***
Paytaxtın Səbail rayonu ərazisində yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, ərazidə yerləşən restoran yanır.
Hazırda hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.