Rusiyada bir gündə ikinci deputat öldü

24-04-2023, 11:54           
Rusiyada bir gündə ikinci deputat öldü
Rusiya Dövlət Dumasının Vahid Rusiya fraksiyasından olan deputatı, Ekologiya, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Komitəsinin üzvü Yaşarbek Uzdenov bazar günü uzun sürən xəstəlikdən sonra 56 yaşında vəfat edib.

Bu barədə Dövlət Dumasında Vahid Rusiya fraksiyasının rəhbəri Vladimir Vasilyev bildirib.

“Ağır gündür. Ölüm daha bir yoldaşımızı aramızdan apardı. Ağır və uzun sürən xəstəlikdən sonra Dövlət Dumasının deputatı, Qaraçay-Çərkəz Respublikasının keçmiş təbii sərvətlər və ekologiya naziri Yaşarbek Borisoviç Uzdenov vəfat etdi”, - Vasilyev məlumat verib.

O, fraksiyanın bütün deputatları adından Uzdenovun yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, bazar günü Dövlət Dumasının Vahid Rusiya fraksiyasından olan digər deputatı Nikolay Bortsovun da ölümü ilə bağlı xəbər yayılıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru