SƏHƏR SAATLARINDA FACİƏLİ XƏBƏR: Azərbaycanda iki hərbçi faciəli şəkildə ÖLDÜ

16-05-2023, 10:06           
SƏHƏR SAATLARINDA FACİƏLİ XƏBƏR:
Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər. İlkin araşdırmalar nəticəsində məlum olub 1988-ci il təvəllüdlü Nicat Nəbiyev Mercedes markalı avtomobil ilə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

"Unikal"ın əldə etdiyi məlumata görə, qəzada ölənlərin hər ikisi Azərbaycan Ordusunun hərbçisidir. Nicat Nəbiyev müddətdən artıq xidmət edən hərbi qulluqçudur (MAXE). Elvin Quliyev isə gizir rütbəsini daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru