ABŞ kəşfiyyatçısı məcburən Rusiyada qalmalı olub

8-06-2023, 09:00           
ABŞ kəşfiyyatçısı məcburən Rusiyada qalmalı olub
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden müsahibəsində Rusiyada qalmağı əvvəldən planlaşdırmadığını, lakin hazırda başqa seçimi olmadığını deyib.

Zabitin sözlərinə görə, Şeremetyevo hava limanının tranzit zonasında 40 gün qaldığı müddətdə o, bir çox dövlətlərə sığınacaq üçün müraciət edib. Lakin onlardan bəziləri ABŞ-nin reaksiyasından qorxub, digərləri isə onun təhlükəsizliyini təmin edə biləcəklərinə əmin olmayıb.

“Başqa seçimim olmadı, Rusiyadan sığınacaq istədim. Və əldə etdim”, - deyə Snouden bildirib.

Mənbə: MK.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru