Ekofəallar Monenin rəsmini korlayıblar

17-06-2023, 11:59           
Ekofəallar Monenin rəsmini korlayıblar
Ekofəallar Stokholm Milli Muzeyində fransız rəssamı Klod Monenin “Rəssamın Civernidəki bağı” tablosuna boya sürtüblər.

Muzeyin mətbuat xidmətindən verilən məlumata görə, ekofəallar əvvəlcə qoruyucu şüşənin altında olan tablonun üzərinə boya çəkilmiş əllərini yapışdırıb, sonra isə boyanı yayıblar.

Bərpaçılar tabloya hər hansı ziyanın dəyib-dəymədiyini müəyyən etmək üçün baxış keçiriblər.
Hadisə yerinə gələn polis iki qadını həbs edib. Onların hərəkətləri vandalizm aktı kimi qiymətləndirilib.

Mənbə: CNN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru