“Titanik”in qəzaya uğradığı yerdə içərisində milyarderin olduğu sualtı qayıq hələdə tapılmayıb...

20-06-2023, 08:15           
“Titanik”in qəzaya uğradığı yerdə içərisində milyarderin olduğu sualtı qayıq  hələdə tapılmayıb...
Turistləri “Titanik” sərnişin laynerinin batdığı yerə aparmaq üçün istifadə edilən sualtı eniş aparatı Atlantik okeanında itib.

Bu barədə bazar ertəsi Boston Sahil Mühafizəsi məlumat yayıb.

Məlumata görə, artıq axtarış-xilasetmə əməliyyatına başlanılıb. Sualtı qayıqda 5 nəfərin olduğu vurğulanır. Onların arasında britaniyalı milyarder Hemiş Hardinq də var.

Qayığın itməsinin mümkün səbəblərdən biri onun 2900 metr dərinlikdə yerləşən qayalara çırpılmasıdır.
Qeyd edək ki, “Titanik”in qalıqları təxminən 4000 metr dərinlikdə yerləşir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru