Donetskdə mülki şəxslərdən barmaq izləri götürülür
21-06-2023, 11:48
Zaporojye vilayətinin işğal olunmuş ərazisindəki yaşayış məntəqələrində rus işğalçıları əlavə nəzarət-buraxılış məntəqələri və filtrasiya məntəqələri qurublar.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
"Düşmən tərəfindən işğal olunmuş Ukraynanın cənubunu tərk edən bütün mülki şəxslər Donetsk vilayətinin Manquş və Novoazovsk şəhərlərində yerləşən filtrasiya məntəqələrindən keçməyə məcbur olurlar.
Filtrasiya tədbirləri zamanı vətəndaşlardan əşyalar və sənədlər diqqətlə yoxlanılır, bundan əlavə, barmaq izləri götürülür", - Baş Qərargahın məlumatında qeyd olunub.