Göyçayda kişi qonşunu öldürdü

5-07-2023, 12:39           
Göyçayda kişi qonşunu öldürdü
Göyçayda qətl törədilib.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, bu gün saat 12 radələrində 1989-cu il təvəllüdlü Kərimov Şahmar Rəşid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Ş.Kərimovun 1984-cü il təvəllüdlü qonşusu Əliyev Abbas Yasin oğlu saxlanılıb.

Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru