Hindistanda arvad ərinə xəyanət etdi: Küçənin ortasında qadını döyərək soyundurdular - VİDEO

6-07-2023, 13:08           
Hindistanda arvad ərinə xəyanət etdi:
Hindistanın ən böyük ştatı Racastanda həyat yoldaşına xəyanət edərək başqa bir kişi ilə münasibətdə olan qadının qohumları onu küçədə lüt soyundurublar.

Hadisənin şahidi olan şəxslərdən biri insidentin videosunu çəkərək sosial şəbəkələrdə paylaşıb.

Görüntülər qısa müddət ərzində ölkədə geniş müzakirələrə səbəb olub.

Digər tükürpədən məqam isə bütün bu hadisələrin qadının beş yaşlı uşağının gözü qarşısında baş verməsidir.
Artıq Hindistanın hüquq-mühafizə orqanlarının əməkdaşları məsələyə müdaxilə ediblər. Qadına özbaşına cəza verən şəxslər saxlanılıblar.

Mənbə: The Siasat Daily












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru