SEPAH körfəzdə beynəlxalq ticarət gəmisini zorla ələ keçirib 7-07-2023, 08:09 İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH ) körfəzdə beynəlxalq ticarət gəmisini zorla ələ keçirib.Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının sözçüsü Tim Havkins bildirib.“Gəminin qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olduğu ehtimalı var”,- sözçü qeyd edib.O ABŞ HDQ-nin vəziyyəti izlədiyini və əlavə cavab verməmək qərarına gəldiyini bildirib.Xatırladaq ki, ABŞ HDQ dünən bəyanat yayaraq İranın Körfəzdə iki neft tankerini ələ keçirməyə cəhd etdiyini bildirib. Facebook-da paylaş