Meksika körfəzində neft platformasında güclü yanğın: Ölən və yaralananlar var - VİDEO
8-07-2023, 09:42
Meksika körfəzində “Pemex” dövlət şirkətinin neft platformasında güclü yanğın baş verib. Hadisə nəticəsində azı iki nəfər ölüb, bir nəfər itkin düşüb.
Bu barədə şirkətin “Twitter” səhifəsində bildirilib.
Məlumata görə, yanğın başlayan zaman “Noxoch Alfa” platformasında işləyən 328 işçidən 321-ə yaxını artıq təxliyə edilib. Yanğınları söndürmək üçün dörd qayıq göndərilib. Hadisənin səbəbləri araşdırılır.
El Director General de #PEMEX, Ing. @OctavioRomero_O presenta un balance de su visita al centro de proceso Nohoch_A:
De Petróleos Mexicanos se reportan 3 compañeros lesionados, de los cuales 2 ya están en su casa y 1 será trasladado al hospital Picacho Ajusco para atención… pic.twitter.com/N0mtvmvRf3