Rusiya ordusu Krivoy Roqu dronlarla vurdu 8-07-2023, 10:12 Rusiya Silahlı Qüvvələri iyulun 8-nə keçən gecə Krivoy Roq şəhərinə dronlarla hücum edib.Axar.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.O bildirib ki, hücum zamanı 1 nəfər yaralanıb:“Ümumilikdə, 360 kvadratmetr ərazini əhatə edən iki yanğın baş verib.Bundan başqa, bir neçə anbar dağıdılıb, 7 avtomobilə isə ziyan dəyib”. Facebook-da paylaş