Biznes təyyarəsi qəzaya uğradı - 6 nəfər öldü

9-07-2023, 08:05           
Biznes təyyarəsi qəzaya uğradı - 6 nəfər öldü
Cənubi Kaliforniyada təyyarə əlin sahəsi üzərində qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Bildirilir ki, qəza nəticəsində 6 nəfər həlak olub. Təyyarə təxminən bir hektar bitki örtüyü ilə birlikdə alovlanıb.

Məlumata görə, təyyarə əvvəlcə Las-Veqasdakı Harri Rid Beynəlxalq Hava Limanından havaya qalxıb və tarlaya çırpılıb.

Federal Aviasiya Administrasiyasının məlumatına görə, təyyarənin modeli "Cessna C550" biznes reaktivi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru