Romanın mərkəzində ilahənin mərmər başı aşkarlanıb - FOTO

9-07-2023, 10:23           
Romanın mərkəzində ilahənin mərmər başı aşkarlanıb - FOTO
Romanın mərkəzində – Avqust meydanında yenidənquma işləri zamanı inşaatçılar ağ mərmərdən bir baş tapıblar.

Bu barədə İtaliya paytaxtının meri Roberto Qualtieri məlumat verib. O bildirib ki, hazırda arxeoloqlar və bərpaçılar heykəlin qalıqlarını tədqiq edirlər.

Başın müəyyən bir tanrıçanın, çox güman ki, Afrodita heykəlinin bir hissəsi olduğu təxmin edilir.

Qualtieri başın “ikinci dərəcəli tikinti materialı” kimi istifadə edildiyini güman edir və xatırladır ki, orta əsrlərdə belə hallar tez-tez olurdu.
Bundan başqa mer tapıntının şəhərin tarixi haqqında yeni biliklər əldə etməyə kömək edəcəyinə də ümid edir.



Mənbə: mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru