Kutaisi hava limanı fəaliyyətini dayandırıb

11-07-2023, 12:08           
Kutaisi hava limanı fəaliyyətini dayandırıb
Kutaisi Beynəlxalq Hava Limanı reyslərin ləğvi ilə nəticələnən güclü yağışlar səbəbindən çərşənbə axşamı səhər saat 07:00-a qədər fəaliyyətini dayandırıb.

Bu barədə Gürcüstan Hava Limanları Assosiasiyası məlumat yayıb.

“Aeroportun fəaliyyətinin dayandırılmasına səbəb Qərbi Gürcüstanda pis hava şəraiti və güclü yağışlardır. Hazırda hava limanının sərnişin terminalının işində fasilə yaranıb”, - məlumatda deyilir.
Qeyd edildiyi kimi, Kutaisi hava limanına çatmalı olan planlı reyslər Tiflis hava limanına yönləndirilib. Aeroport ərazisində ekspertlər qrupu işləyir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru