Timsahın ağzından qaçan yeganə canlı - VİDEO

11-07-2023, 13:14           
Timsahın ağzından qaçan yeganə canlı - VİDEO
Vəhşi təbiətin ən qəddar heyvanlarından olan timsahlar bir çoxlarının kabusudur. Onların özündən böyük canlıları dəqiqələr içində məhv etməsi barədə görüntülər mütəmadi olaraq mediada yayılır. Ancaq bu dəfə paylaşılan video izləyən hər kəsi təəccübləndirib.

Kadrlarda timsahın göl kənarında tapdığı tısbağanı yemək istədiyi görünür. Amma vəhşi heyvan istəyinə nail olmur, tısbağa onun ağzından qaçır. Daha bir maraqlı məqam isə onun özündən dəfələrlə zəif sürətdə olan ovunun dalına düşməməsi olub. Bu, timsahın ondan tamamilə ümidini kəsdiyini göstərir.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru