Rusiyada kənd yanır – VİDEO 13-07-2023, 11:24 Sverdlovsk vilayətinin Şaydurixa kəndində yanğın artıq 27 evi bürüyüb.Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix bildirib.“Hazırda yanğın 27-ə yaxın evi əhatə edib. 58 nəfər təxliyyə olunub”, - o, deyib.Kənddə ümumilikdə 365 nəfərin yaşadığı və 170 evin olduğu vurğulanıb.Təxliyə edilənlərin müvəqqəti olaraq Nevyansk Mədəniyyət Evinə köçürüldüyü qeyd olunub. Facebook-da paylaş