İranlı qadının mədəsindən 126 həşiş kapsulu çıxdı

13-07-2023, 10:18           
İranlı qadının mədəsindən 126 həşiş kapsulu çıxdı
İranın mərkəzindəki İsfahan əyalətində hava limanında aparılan axtarış zamanı qadının mədəsində 126 həşiş kapsulu aşkar edilib.

Məlumata görə, İsfahandan uçmağa hazırlaşan qadının davranışı hüquq-mühafizə orqanlarının əməkdaşlarına şübhəli görünüb. Saxlanılan zaman həkim müayinəsi aparılıb və nəticədə şübhəlinin mədəsində narkotik maddə dolu kapsulların olduğu müəyyən edilib.

Qadın əməlini etiraf edib. O, xəstəxanaya aparılıb və mədəsindən 126 kapsul həşiş çıxarılıb. Onların ümumi çəkisi təxminən 1,74 kq olub.

İş baxılması üçün müvafiq orqanlara göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru