İranda tibb işçisi repressiv qüvvələr tərəfindən öldürüldü - FOTO

13-07-2023, 09:28           
İranda tibb işçisi repressiv qüvvələr tərəfindən öldürüldü - FOTO
İranda tibb işçisi repressiv qüvvələr tərəfindən öldürülüb.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, Kaşan şəhərindən olan İsmayıl Dehqani adlı tibb işçisi repressiv hökumət qüvvələri tərəfindən kəllə sümüyündən vurularaq qətlə yetirilib.

Şahidlərin sözlərinə görə, İsmayıl Dehqaninin avtomobili həmin qüvvələr tərəfindən saxlanılıb və aralarında münaqişə yarandıqdan sonra başından güllə yarası alaraq öldürülüb.
Qeyd edək ki, o, iki ay öncə evlənib və Kaşandakı Beheşti Xəstəxanasının Təcili Yardm şöbəsində çalışırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru