Bakıda restoran müdiri şikayət etdi, müştəri həbs olundu facebook

14-07-2023, 08:28           
Bakıda restoran müdiri şikayət etdi, müştəri həbs olundu facebook
Bakı şəhəri, Nizami rayonu, NZS qəsəbəsində yerləşən “Milli Mətbəx” restoranının sahibi müştərini həbs etdirib.
Qaynarinfo-nun məlumatına görə, 1990-cı il təvəllüdlü Zamin Zamanov (ad-soyad şərti) “Milli Mətbəx” restoranında 4 nəfərlə yemək yeyib. Bu zaman masadakı qonaqlardan biri restoranın müdiri ilə mübahisə edib.
Müdirin şikayəti əsasında onlar 23-cü Polis Bölməsinə aparıblar. Bölmədə barələrində protokol tərtib edilib. Həmin şəxs gecə saat 02:00 radələrində sərxoş vəziyyətdə restorana gedib və restoranın müdirini söyərək, günahı olmadığı halda ondan niyə şikayət etdiyini soruşub.
Restorandan çıxdıqda polis əməkdaşlarının gəldiyini görərək, qaçıb. Sonra isə dayanıb və polis əməkdaşları onu yenidən 23-cü Polis Bölməsinə aparıblar.
Məhkəmənin qərarı ilə Zamin Zamanov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru