Bakıda bərbərin içdiyi dərman ölümünə səbəb oldu 14-07-2023, 09:18 Bakının Xəzər rayonunda ölüm hadisəsi baş verib.APA xəbər verir ki, Binə qəsəbəsində 2001-ci il təvəllüdlü Fuad Binyət oğlu Dadaşov aqonal vəziyyətdə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.Məlum olub ki, o xəstəxanaya ölü vəziyyətində gətirilib.Anası həkimlərə bildirib ki, F.Dadaşov qızdırmaya qarşı dərman atıb.Ona görə dünyasını dəyişib.F.Dadaşov Binə qəsəbəsində bərbər kimi fəaliyyət göstərib.Hazırda ölümün dəqiq səbəbləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır. Facebook-da paylaş