Yaponiya raketinin sınağı zamanı partlayış baş verdi - VİDEO

14-07-2023, 14:58           
Yaponiya raketinin sınağı zamanı partlayış baş verdi - VİDEO
Yaponiya poliqonunda “Epsilon-S” raketinin sınağı zamanı partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Jiji” agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış Akita prefekturasındakı poliqonda “Epsilon-S” kiçik raketinin mühərrikinin ikinci sınaqları zamanı olub.

“Hadisə cümə günü səhər testin başlamasından təxminən bir dəqiqə sonra baş verib. Sınaqlar Yaponiya Aerokosmik Agentliyi tərəfindən aparılıb”, - məlumatda bildirilib.

Qeyd olunur ki, “Epsilon” raketinin ilk buraxılışı 2013-cü ildə, növbəti 2016-cı ilin sonunda, üçüncü raket buraxılışı 2018-ci ilin yanvarında, dördüncü raket 2019-cu ilin yanvarında, beşinci isə 2021-ci ilin noyabrda uğurla həyata keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru