Rusiyada uranın zənginləşdirilməsi kombinatında sızma olub, ölən var

14-07-2023, 15:45           
Rusiyada uranın zənginləşdirilməsi kombinatında sızma olub, ölən var
Rusiyanın Sverdlovsk vilayətinin Novouralsk şəhərində yerləşən Uralsk elektro-kimya kombinatında heksa-florit uran balonundan sızma olub, nəticədə bir nəfər ölüb.

Bu barədə regionun fövqəladə hallar xidməti məlumat yayıb.

“Bir nəfər ölüb, sexdə qalanlar isə təxliyə olunublar, fövqəladə vəziyyət lokallaşdırılıb, kimyəvi çirklənmə təhlükəsi yoxdur”, - deyə mənbə bildirib.

Məlumata görə, müəssisədə və ondan kənarda radiasiya vəziyyəti normaldır, Novouralsk sakinləri və zavodun işçiləri üçün heç bir təhlükə yoxdur.
Uralsk elektro-kimya kombinatı - RF Dövlət Atom Enerjisi Korporasiyası “Rosatom”un bir hissəsidir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru