Köçəryan və ailə üzvlərinin bütün əmlakına həbs qoyuldu
14-07-2023, 19:43
Ermənistanın Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun vəsatəti əsasında keçmiş prezident Robert Köçəryan və ailə üzvlərinə məxsus əmlaklara həbs qoyub.
TEREF.AZ axar.az-a istinadla xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Söhbət 20 daşınmaz əmlak, 2 avtomobil, ümumi məbləği 1,5 mln. dollar olan vəsait və 10 mlrd. dramlıq qiymətli kağızlardan gedir.
R.Köçəryanın ölkədəki və xarici şirkətlərdəki payları da bura daxildir.
Xatırladaq ki, Robert Köçəryan 1998-2008-ci illərdə Ermənistanın prezidenti olub.