Rumıniyada qatarla minik avtomobili toqquşdu: Ölənlər var

17-07-2023, 12:38           
Rumıniyada qatarla minik avtomobili toqquşdu: Ölənlər var
Bazar günü Rumıniyanın Orben kəndində (Bakeu vilayəti) sərnişin qatarı ilə minik avtomobilinin toqquşması nəticəsində ikisi yeniyetmə olmaqla, dörd nəfər ölüb.

Məlumata görə, Suçava - Buxarest marşrutu üzrə hərəkət edən sərnişin qatarı avtomatik siqnalizasiya ilə təchiz olunmuş keçiddə minik avtomobili ilə toqquşub. Maşında olanların hamısı həlak olub.

Bildirilir ki, ərazidə dəmir yolu hərəkəti dayandırılıb. Polis qəzanın səbəblərini araşdırır.
Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru