Vaşinqton Ukraynaya hərbi yardım göstərdiyi üçün ABŞ-ın sursat ehtiyatı tükənir. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib . “Prezident Co Baydenin administrasiyası vəzifəyə gəldikdən sonra müəyyən etdi ki, artilleriya atəşi üçün istifadə edilən standart NATO sursatı olan 155 sursatın ümumi ehtiyatı nisbətən azdır” – o bildirib. Sallivanın sözlərinə görə, sursat ehtiyatları məqbul səviyyəyə çatdırmaq aylar deyil, illər çəkəcək. “Prezident Bayden Pentaqona ABŞ-ın istənilən münaqişədə, istənilən vaxt ehtiyac duya biləcəyimiz bütün döyüş sursatlarını istehsal etmək qabiliyyətini genişləndirmək üzərində sürətlə işləməyi əmr etdi. Biz hər ay döyüş sursatı təchizatı imkanlarımızı artırırıq” – Sallivan vurğulayıb.