Krım körpüsündə partlayış baş verib - Ölənlər var

17-07-2023, 10:58           
Krım körpüsündə partlayış baş verib -
Krım körpüsündə baş verən partlayış nəticəsində azı iki nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə "Baza” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, körpüdə baş verən partlayış nəticəsində Rusiya Federasiyasının Belqorod vilayətindən olan turistlərin olduğu avtomobilə ziyan dəyib.

Daha əvvəl, Krımının qondarma “rəhbəri” Sergey Aksenov teleqramda bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb.

"Krasnodar diyarından 145-ci dayaq məntəqəsində fövqəladə hadisə baş verib. Hüquq-mühafizə orqanları və bütün cavabdeh qurumlar işləyir", - o deyib.

Hadisənin təfərrüatları açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru