Tanınmış ukraynalı rejissor yenidən yaralandı

17-07-2023, 14:26           
Tanınmış ukraynalı rejissor yenidən yaralandı
Ukraynalı rejissor Oleq Sentsov mərmi zədəsi aldıqdan sonra yenidən cəbhəyə qayıdıb.

Modern.az NEXTA-ya istinadən xəbər verir ki, o, yenidən yaralanıb.

Bu barədə rejissorun özü məlumat verib.

“İlk döyüşdən geri qayıtdıqdan sonra artilleriya atəşinə məruz qaldıq. "Bredli" yenə həyatımızı xilas edib. 3 yaralı və dağıntılar var”, - Sentsov bildirib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru