İlk "iPhone" 158 min dollara satıldı

17-07-2023, 15:26           
İlk "iPhone" 158 min dollara satıldı
İlk "iPhone" 158 min dollara satıldı
AzVision.az xəbər verir ki, bu barədə Çinin "MyDrivers" nəşri məlumat yayıb. Lot 10.000 dollar ilə başlayıb.

Açılmamış orijinal "iPhone"nun belə yüksək qiyməti onun nadir modifikasiyası ilə bağlıdır. Telefonun daxili yaddaşı 8 GB deyil, 4 GB-dır. "LCG Auctions"ın təsisçisi Mark Montero izah edib ki, ilk 4GB "iPhone"lar auksionlarda 8GB versiyalarından təxminən 20% daha nadirdir.

"MyDrivers"ə görə, 2007-ci ilin 4GB "iPhone"larını çox nadir hala gətirən məsələ "Apple"in onların istehsalının tez bir zamanda dayandırnasıdır. Bu qərar, buraxılışda alıcıların əksəriyyətinin 8 GB versiyasını seçməsi ilə əlaqədar qəbul edilib.

"MyDrivers"ə görə, hərracda satılan smartfonların bəzilərinin artıq tamamilə yararsız olmasına baxmayaraq, istənilən formada qutusu açılmayan orijinal "iPhone"lar çox qiymətli kolleksiyadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru