Film kimi hadisə: dənizdə itən insan və iti aylar sonra tapıldı

17-07-2023, 13:37           
Film kimi hadisə: dənizdə itən insan və iti aylar sonra tapıldı
Avstraliyalı dənizçi və iti aylarla Sakit Okeanda qaldıqdan sonra möcüzəvi şəkildə xilas ediliblər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, avstraliyalı dənizçi Tim Şeddok və iti okeanın ortasında yoxa çıxdıqdan düz iki ay sonra Meksika sahillərində bir gəmi tərəfindən tapılıb.

Dənizin ortasında iti ilə tək qalan Şeddok həyatda qalmaq üçün çiy balıq yemək və dəniz suyu içmək məcburiyyətində olduğunu bildirib.

Möcüzəvi qurtuluşdan sonra adamın kifayət qədər zəiflədiyi görülüb.

O, açıqlamasında bildirib:

"Mənim bir az dincəlməyə və yaxşı yeməyə ehtiyacım var, çünki uzun müddət dənizdə tək qalmışam”.

Həkimlər bu pis təcrübədən sonra Şeddokun ciddi bir xəstəliyi olmadığını və huşunun yerində olduğunu söyləyib.

Şeddokun ağır vəziyyəti məşhur aktyor Tom Hankin "Castaway” filmi ilə müqayisə edilib. Filmdə arıq və saqqallı olduğu üçün Hanksin avstraliyalı dənizçiyə həddən artıq bənzəməsi hər kəsi təəccübləndirib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru