Rusiya Odessa və Nikolayevə PUA və qanadlı raketlərlə zərbə endirib

18-07-2023, 10:22           
Rusiya Odessa və Nikolayevə PUA və qanadlı raketlərlə zərbə endirib
Rusiya ordusu iyulun 18-də gecə saatlarında Ukraynanın Odesa və Nikolayev şəhərlərinə pilotsuz uçuş aparatı (PUA) və qanadlı raketlərlə kütləvi zərbələr endirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Cənub Dairəsi məlumat yayıb.

Bildirilib ki, hücum uzun müddət davam edib.

Ukrayna müdafiəçiləri Rusiyanın 6 qanadlı raketini və 21 “Shahed” PUA-sını məhv edib.

Raketlərin qırıntıları və partlayıcıların dalğaları ətrafdakı obyektlərə, bir neçə evə ziyan vurub. Onlardan bəziləri sənaye obyektlərinə düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru