Şotlandiyada 50-dən çox delfin sahildə ölü vəziyyətdə tapıldı - VİDEO

18-07-2023, 12:17           
Şotlandiyada 50-dən çox delfin sahildə ölü vəziyyətdə tapıldı - VİDEO
Şotlandiyanın Lyuis adasının sahilində ölü vəziyyətdə 55 delfin aşkar edilib.

Delfinlər sürü halında sahilə atıldıqdan qısa müddət sonra tələf olublar.

“Delfinlər güclü sosial əlaqələri ilə seçilirlər, buna görə də tez-tez bir delfin sahilə atılanda, digərləri də onun ardınca hərəkət edirlər”, - “deyə British Divers Marine Life Rescue” xeyriyyə təşkilatının sözçüsü bildirib.

Qeyd olunur ki, xilasedicilərin və baytarların səylərinə baxmayaraq, sürü halında olan delfinlərin çoxu tələf olub. Qalan delfinləri xilas etmək mümkün olmadığından onlar baytarlar tərəfindən evtanaziya edilib.

Mənbə: The Guardian












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru