Elm və Təhsil Nazirliyinin qarşısında aksiya: “Yenidən imtahan keçirilsin"

18-07-2023, 20:58           
Elm və Təhsil Nazirliyinin qarşısında aksiya: “Yenidən imtahan keçirilsin"
Bu gün saat 15:00 radələrində Elm və Təhsil Nazirliyinin qarşısında Azərbaycan dili və ədəbiyyat müəllimlərinin aksiyası olub.

Yenicag.az xəbər verir ki, aksiyanın səbəbi, müəllimlərin işə qəbul imtahanlarında Azərbaycan dili və ədəbiyyat fənnindən olan suallarda qüsurların olmasıdır. Aksiyada iştirak edən müəllimlərin adından çıxış edən Kamil Talıbov bildirib ki, imtahanda təqdim olunan testlərdə kifayət qədər nöqsanlar və qüsurlu suallar var.

Həmçinin o qeyd edib ki, 60 suala 2 saat vaxt verilən imtahanın suallarında test müəllifi məsələyə subyektiv yanaşıb. İndi onların bir tələbi var: Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün imtahan yenidən təşkil olunsun.

Etirazçıların tələblərini dinləyən Elm və Təhsil Nazirliyinin nümayəndəsi onları qəbul şöbəsinə dəvət etdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru