Nüfuzlu "qanuni oğru" öldürüldü - Qatilləri kimdir?

20-07-2023, 10:16           
Nüfuzlu "qanuni oğru" öldürüldü - Qatilləri kimdir?
Nüfuzlu "qanuni oğru" Timur Axuba (Din Rid) qətlə yetirlib.

Hadisə tanınmamış Abxaziya respublikasında baş verib.

Milli.Az bildirir ki, Din Rid naməlum şəxslər tərəfində öldürülüb. Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları ciddi araşdrımalara başlasalar da, hələ ki, cinayəti tördənləri yaxalaya bilməyib.Timur Axuba Rusiya və MDB ölkələrində tanınan "qanuni oğru" olub. O, uzun müddət Abxaziyadan kənarda yaşayıb. Məlumatlara görə, son illər Timur Axubanın kriminal dünyada mübahisədə olduğu şəxslər olub.

Hüquq-mühafizə orqanları hazırda Din Ridin konfliktdə olduğu kriminalitetlərlə bağlı araşdırmalar aparır. (qaynarinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru