Tornado məşhur şirkətin zavodunu dağıtdı-VİDEO

20-07-2023, 10:30           
Tornado məşhur şirkətin zavodunu dağıtdı-VİDEO
ABŞ-nin Şimali Karolina ştatında tornado “Pfizer”in əczaçılıq zavoduna ciddi ziyan vurub.

Lent.az-ın CNN-ə istinadla məlumatına görə, daha bir neçə binaya ziyan dəyib. Böyük dövlətlərarası avtomobil yolu bağlanıb. Təbii fəlakət nəticəsində azı 4 nəfər xəsarət alıb.

ABŞ Milli Meteoroloji Xidmətinin məlumatına görə, tornado ən azı EF-2 kateqoriyasından olub, sürəti 217 km/saata çatıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru