Rusiyalı diplomatlar daha bu kottecdə pulsuz qala bilməyəcəklər
20-07-2023, 15:07
Rusiya Federasiyasının diplomatları Finlandiyada konsulluğun bağlanması qərarından sonra Turku yaxınlığındakı "pulsuz" kottecdən məhrum olacaqlar.
Publika.az "Yevropeyskaya Pravda"ya istinadən xəbər verir ki, Finlandiyanın Turku şəhəri Rusiya konsulluğunun nümayəndələrinin onilliklər ərzində pulsuz istifadə etdiyi adadakı bağ evinin icarə haqqını ödəməyi dayandıracaq.
Finlandiya mətbuatı bundan əvvəl xəbər vermişdi ki, Rusiya səfirliyinin əməkdaşları şəhərin yaxınlığındakı Kakskerta adasında 1970-ci illərdə tikilmiş evdən on illərdir pulsuz istifadə edirlər.
Məsələ keçən il, genişmiqyaslı müharibə başlayandan sonra diqqət mərkəzində idi, lakin şəhər rəhbərliyi izah edib ki, bu halda icarəni birtərəfli qaydada ləğv edə bilməzlər.