Hər kəsi dayandırın: ayı yolda maşınların hərəkətini dayandırdı və balalarını yoldan keçirdməyə başladı

21-07-2023, 11:28           
Hər kəsi dayandırın: ayı yolda maşınların hərəkətini dayandırdı və balalarını yoldan keçirdməyə başladı
Qara ayı balalarını yolun qarşısına keçirmək qərarına gəlib, lakin hər şey o qədər də sadə olmayıb: dörd bala növbə ilə qarşı tərəfə keçsədə yenə geri qayıdıb, ana ayı sürücüləri maşınlarını saxlamağa məcbur edib. Yoldan keçənlər ana ayının inadkar balalarına necə yetişməyə çalışdığını videoya çəkmək fürsətini əldən verməyiblər.

Əvvəlcə hər şey plan üzrə getdi. Ayı balalardan birini götürdü, ikincisi isə onun arxasınca qaçdı. Ancaq qalan ikisi getmək istəmədi və dişi ayı geri qayıtmalı oldu. Balalardan biri hətta yolun kənarındakı ağaca belə çıxıb.

Dişi ayı bu balanın öhdəsindən gəlməyə çalışarkən onunla birlikdə yolu birinci keçənlər də geri gəldi. Bütün bunlar sürücülərə keçi, canavar və kələm haqqında məşhur tapmacanı xatırlatdı, yalnız bu halda bütün rolları ayılar oynayırdı.
Hadisə avtomobil kameralarına düşüb və video yayılıb. Təəccüblü deyil, çünki nadir hallarda belə qeyri-adi mənzərəni görə bilərsiniz.

Konnektikutda ayılarla rastlaşmalar qeyri-adi deyil. Artıq yerli sakinlər vəhşi heyvanla qarşılaşanda özlərini necə düzgün aparmağı bilirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru