Tennis topu boyda dolu bu ölkəni VURDU: 100-dən çox yaralı var
21-07-2023, 12:27
Çərşənbə günü gecə İtaliyanın şimalında tennis topu böyüklüyündə dolu yağması nəticəsində ən azı 110 nəfər xəsarət alıb. Bu yazı haqqında
Publika.az yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə regionun rəhbəri Luka Zaiyan məlumat verib.
Onun sözlərinə görə, qəfil tufan zamanı Veneto küçələrinə diametri 10 sm-ə çatan dolu düşüb.
Veneto Regional Mülki Müdafiə Xidməti bildirib ki, fövqəladə xidmətlər əmlaka dəyən ziyan və şəxsi zədə ilə bağlı 500-dən çox yardım çağırışına cavab verib.
Fırtınadan sonra kommunal xidmətlər sınmış pəncərələrin şüşələrini çıxarıb, fırtına zamanı ciddi zədələnmiş ağacları və digər bitkiləri kəsiblər.
"Dağlıq ərazilərimizi vuran hava dalğası indi düzənliklərə də çatıb, bəzi insanların xəsarət almasına səbəb olub"- deyən Zaya bildirib.
O, xəsarətlərin çoxunun şüşə qırıqları və insanların dolu dənələri üzərində sürüşüb yıxılmaları nəticəsində yarandığını bildirib.